featured-image-82185

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb.

Təcrübəli forvard iki-üç gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.

Məlumat üçün bildirək ki, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda beş xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.

Bənzər xəbərlər