Renat Dadaşova görə transfer qadağası
Türkiyənin “Hatayspor” klubu iki mövsümlük transfer qadağası ilə üzləşib.
Msport.az xəbər verir ki, bu barədə FIFA qərar çıxarıb.
Superliqa klubu Azərbaycan millisinin üzvü Renat Dadaşova görə iki mövsüm yeni oyunçu ala bilməyəcək. Hatay təmsilçisinin hücumçuya borcu olub.
Klub İdman Arbitraj Məhkəməsinə müraciət etsə, veriləcək qərardan asılı olaraq transferlərə yol açılacaq.
Qeyd edək ki, hazırda “Ankaragücü”də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun formasını geyinib.