featured-image-32511

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İsveçrə “Qrasshopper”inin yeni prezidenti bəlli olub.

Msport.az xəbər verir ki, Sürix təmsilçisində bu vəzifəni Mett Cekson tutacaq. O, yeni işinə iyulun əvvəlində başlayacaq.

Cekson keçmiş futbolçudur, “Everton”, “Uiqan” və “Norviç” kimi komandalarda çıxış edib.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm “Qrasshopper”in heyətində 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər