Renat Dadaşovun komandası İstanbul klubuna rəqib oldu
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”un Türkiyə Kubokunun 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
Msport.az xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu kollektiv bu raundda “Beşakşehir”lə üz-üzə gələcək.
Digər İstanbul nəhənglərindən “Fənərbağça” bu raundda “Qaziantep”lə, “Qalatasaray” “Bandırmaspor”la, “Beşiktaş” isə “Antalyaspor”la görüşəcək.
Bundan əlavə, bu mərhələdə “Sivasspor” – “Konyaspor”, “Gənçlərbirliyi – “Trabzonspor”, “Karagümrük” – “Samsunspor”, “Ankaragücü” – “24 Ərzincanspor” matçları da baş tutacaq.