Renat fərqlənə bilmədi, “Qrasshopper” səfərdə uduzdu
İsveçrə çempionatında 27-ci turun oyunları keçirilib. Msport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Qrasshopper” səfərdə “Yanq Boyz”la qarşılaşıb. Dadaşovun komandası bu oyunda məğlub olub – 0:2.
Start heyətində meydana çıxan Renat 85-ci dəqiqədə əvəzlənib.
“Qrasshopper” 27 turdan sonra 34 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.







