featured-image-58639

Türkiyə 1-ci Liqasında XVI turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Renat Dadaşovun şərəfini qoruduğu “Ankaragücü” də növbəti matçına çıxıb.

Komanda “Manisa” ilə qarşılaşıb. Paytaxt təmsilçisi məğlub olub – 0:1.

Dadaşov zədədən sonra ilk dəfə forma geyinmək şansı əldə edib. O, 82-ci dəqiqə meydana çıxıb.

Qeyd edək ki, “Ankaragücü” 23 xalla 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər