featured-image-15937

Futbol üzrə İsveçrə çempionatında 14-cü turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lutsern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb, 90-cı dəqiqədə isə sarı vərəqə alıb.

“Qrasshopper” 14 turdan sonra 17 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər