featured-image-20656

PSJ Fransa Liqa-1-də son 3 oyundan ikisində məğlub olub. Paris klubu son olaraq “Renn”ə 0:1 hesabı ilə uduzub. Oyun ərzində PSJ rəqibin çərçivəsinə cəmi 1 zərbə endirib.

Msport.az “Sports.fr”ya istinadən xəbər verir ki, baş məşqçi Kristof Qaltye komandasını tənqid edib:

“Bizim oyunumuz məni çox məyus etdi. Biz heç nə yarada bilmədik. Çox az əlverişli situasiyalar oldu. Topa nəzarətə konsentrasiya olmuşduq.

Bilirdik ki, bizə qarşı əks-hücumdan oynamağa çalışacaqlar. Ona görə də 3 mərkəz müdafiəçili taktiki sxemə üstünlük vermişdim. Lakin belə taktiki düzülüşdə hücum xətti daha irəlidə hərəkət etməli idi”.

Məğlubiyyətə baxmayaraq, PSJ hələ də “Lans”ı 3 xal qabaqlayır və liderdir. Paris təmsilçisi növbəti turda “Reyms”lə üz-üzə gələcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər