Rəqibə kəllə atan baş məşqçinin cəzası
İtaliyanın “Leççe” klubunun sabiq baş məşqçisi Roberto D’Aversaya verilən cəza açıqlanıb.
Msport.az xəbər verir ki, mütəxəssisə 4 oyunluq cəza verilib.
Bundan əlavə, o, 10 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, Roberto D’Aversa martın 10-da “Verona”ya 0:1 hesabı ilə uduzduqları qarşılaşmadan sonra rəqib futbolçu Toma Anrini kəllə ilə vurub.