Rəqibini dişləyən futbolçuya 8 oyunluq cəza
İngiltərənin “Preston” klubunun hücumçusu Milutin Osmaiç rəqib komandanın futbolçusunu dişlədiyi üçün 8 oyun cəzalandırılıb.
Msport.az xəbər verir ki, insident Çempionşipin VI turunda “Blekbörn”lə qolsuz heç-heçə ilə yekunlaşan matç zamanı baş verib.
Komandalar arasında yaranan qalmaqalda 25 yaşlı forvard rəqibin müdafiəçisi Ouen Beki boynundan dişləyib.
İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırıb və M.Osmaiçi təqsirli bilib. Beləliklə monteneqrolu oyunçu 8 matç cəzalandırılıb, 15 min funt sterlinq cərimə alıb.