Rəşad Sadıqov: “Hazırlaşmaq üçün vaxtımız az oldu”
“Rəqibimiz təcrübəli komandadır”.
Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında deyib.
Mütəxəssis Sumqayıtda Gürcüstanın “Torpedo” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
“Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabah baş tutacaq matçda əlverişli nəticə əldə etmək niyyətindəyik. Rəqib sabit olaraq avrokuboklarda çıxış edir. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bizim komanda da təcrübəlidir. Qarşımızda çox yaxşı komanda olacaq”.
Qeyd edək ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşma iyulun 16-da baş tutacaq.







