Rəşad Sadıqov "Zirə"də 200-cü oyununa çıxıb
Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.
2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun dövründə komanda 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.
Qeyd edək ki, Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.







