featured-image-20282

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford 13 illik rekordu təkrarlayıb.

Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çarlton”la görüşdə buna nail olub.

Meydana sonradan daxil olan və komandasının 3:0 hesablı qələbəsinə 2 qolla töhfə verən ulduz futbolçu ardıcıl 8-ci ev matçında fərqlənməyi bacarıb. “Qırmızı şeytanlar”da bu göstəriciyə sonuncu dəfə 2010-cu ildə sabiq forvard Ueyn Runi imza atıb.

Xatırladaq ki, Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 24 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Bənzər xəbərlər