"Reşford Avropanın ən yaxşı hücumçularından biridir"- Erik ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Markus Reşfordu Avropanın ən yaxşı hücumçularından biri adlandırıb.
Msport.az xəbər verir ki, Reşford İngiltərə Premyer Liqasının 23-cü turunun “Lids”lə oyununda (2:0) “qırmızı şeytanlar”ın heyətində qələbə topunu vurub.
Forvard DÇ-2022-dən sonra “Yunayted”in hetəyində 15 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə verib:
“Reşford Avropanın ən yaxşı hücumçularından biridir. Mən əvvəldən buna əmin idim. Onunla birgə işləməkdən çox şadam. Markusun çox böyük potensialı var. Oyundan sonra ona nə dedim? Dedim “Bax, bu zərbə idi”.
Niderlandlı mütəxəssis komandasının dörd cəbhədə mübarizə aparmasını qabardıb: “Biz Avropada yeganə komandayıq kı, 4 turnirdə mübarizə aparırıq. Bütün heyətdən istifadə etmək lazımdır. Hər kəs bacarığı ilə ümumi işə öz xeyrini verir”.
ANAR ABDULLAYEV







