Reşford karyerasını harada davam etdirəcək?
“Nyukasl” “Mançester Yunayted”in hücumçusu Markus Reşforda təklif göndərməyə hazırlaşır. Msport.az xəbər verir ki, “sağsağanlar” 27 yaşlı futbolçunu icarəyə götürmək istəyir.
“Nyukasl” rəsmiləri əmindirlər ki, Reşford onların komandasında karyerasını bərpa edə biləcək.
İngiltərə millisinin sabiq üzvü ötən ilin fevralında icarə əsasında “Aston Villa”ya keçmişdi. Bu müddət ərzində 17 oyunda meydana çıxan forvard 4 qol vurub və 6 məhsuldar ötürmə verib.
Reşfordun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına kimidir.