featured-image-33526

Markus Reşford “Mançester Yunayted”lə yeni müqavilə imzalayacaq.

Msport.az xəbər verir ki, tərəflər artıq şifahi razılığa gəliblər. Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq. Reşforda Avropanın top klublarından daha yaxşı təkliflər gəlsə də, o, “qırmızı şeytanlar”da qalmağı üstün tutub.

Daha əvvəl PSJ-nin Markusla maraqlandığı haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, Reşford MY-in yetirməsidir. O, ötən mövsüm ərzində meydana çıxdığı 56 matçda 30 qol və 9 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər