featured-image-33545

Markus Reşford “Mançester Yunayted”lə  müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, insayder Fabritsio Romano bu barədə paylaşım edib.

Mənbənin sözlərinə görə, tərəflər bir ay əvvəl şifahi razılıq əldə ediblər.

Anlaşma 2028-ci ilin iyununa kimi nəzərdə tutulub.

25 yaşlı forvard ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər