Reşford mövsümün startını buraxacaq
“Barselona”nın yeni transferi Markus Reşford La Liqanın ilk turunda meydana çıxmaya bilər.
Msport.az xəbər verir ki, ingiltərəli futbolçunun həmin vaxta qədər qeydiyyatdan keçməsi böyük ehtimalla mümkün olmayacaq.
Hazırda klubun əsas prioriteti digər yeni transfer – əsas qapıçı olması planlaşdırılan Xuan Qarsiyanın qeydiyyatıdır. Reşford “Mançester Yunayted”dən satınalma hüququ ilə icarəyə götürülüb. 27 yaşlı vinger “Barselona”nın 4 yoxlama oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Barselona” avqustun 16-da La Liqanın ilk turunda səfərdə “Malyorka” ilə qarşılaşacaq.