Reşford üçün əlamətdar oyun
Markus Reşford “Mançester Yunayted” formasıyla 350-ci matçını keçirib.
Msport.az xəbər verir ki, ingilis futbolçu buna bu gün keçirilən “Everton”la (2-0) matçda nail olub. 25 yaşlı futbolçu Mançester təmsilçisinin heyətində ən çox oyun keçirən 25-ci futbolçu olub. “Qırmızı şeytanlar”ın heyətində bu göstəricidə lider isə Rayan Qiqqzdi – 949 oyun.
Qeyd edək ki, Reşford cari mövsüm keçirdiyi 44 oyunda 28 qol vurub, 7 assist edib.
Royal Türksoy







