Reşford yanvarın ən yaxşısı oldu
Markus Reşford yanvar ayında “Mançester Yunayted”in ən yaxşı futbolçusu sayılıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Kazemiro və Bruno Fernandeşi qabaqlayıb.
25 yaşlı forvard ikinci dəfədir ki, “Yunayted” azarkeşlərinin qatıldığı sorğuda birinci olur.
Reşford yanvar ayında 8 oyunda 7 qol vurub.
ANAR ABDULLAYEV







