featured-image-61001

“Aston Villa”ya icarə əsasında keçən “Mançester Yunayted”in hücumçusu Markus Reşford Birmingem komandasındakı hədəflərindən danışıb.

Msport.az xəbər verir ki, 28 yaşlı hücumçu kifayət qədər iddialı fikirlər səsləndirib:

“Düşünürəm ki, hər şey aydındır. Biz hələ də Çempionlar Liqasındayıq və mümkün qədər irəli getmək istəyirik. Qələbə üçün səy göstərməsən, heç vaxt ona nail olmayacaqsan. Bu, mənim əsas məqsədim olacaq və Premyer Liqada maksimum yuxaılarla yüksəlməyə çalışacağıq.

Çempionlar Liqası klub üçün ən böyük yarışdır. Əminəm ki, bu turnirdə “Aston Villa” ilə oynamaq mənim üçün yeni təcrübə olacaq. Amma məqsədlər eyni olaraq qalır – ÇL-i qazanmaq üçün mümkün olan hər şeyi etməyə çalışacağıq.

Çempionlar Liqasında çoxlu oyun keçirmişəm, ona görə də təcrübəm olduğunu hiss edir, bu vəziyyətlərin öhdəsindən necə gələcəyimi bilirəm. Bilirəm ki, ən yaxşı oynadığım zaman xeyir verə bilərəm. Bu, mənim yeganə ambisiyam və məqsədimdir”.

Qeyd edək ki, Reşfordla mövsümün sonunadək icarə müqaviləsi imzalanıb.

Bənzər xəbərlər