featured-image-21063

“Arsenal” “Brayton”un belçikalı futbolçusu Leandro Trossardın transferini açıqlayıb. Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi yeni komandasında 19 nömrəli formada çıxış edəcək.

Trossard bu mövsüm İngiltərə Premyer Liqasında 16 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə verib. O, Qətərdə keçirilən dünya çempionatında Belçika millisinin heyətində 3 matçda meydana çıxıb.

Trossard 2019-cu ildən  İngiltərə Premyer Liqasında çıxış edir. Yarımmüdafiəçi “Brayton”dan əvvəl “Genk”in formasını geyinib.

O, Belçika yığmasında 24 oyunda 5 dəfə fərqlənib.

ANAR ABDULLAYEV

 

 

Bənzər xəbərlər