Rəsmi - "Çelsi"dən daha bir transfer
“Çelsi” “Lion”un müafiəçisi Malo Qyüstonun transferini açıqlayıb.Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu ilə 2030-cu ilin iyununa kimi müqavilə imzalanıb.
Qyüsto mövsümün sonuna kimi “Lion”da icarə əsasında keçirəcək. “Lion” bu transferə görə, 35+5 milyon avro qazanacaq.
19 yaşlı futbolçu bu mövsüm Fransa çempionatında 15 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







