featured-image-31973

“Əl-İttihad” Nqolo Kantenin “Çelsi”dən keçidini açıqlayıb. Msport.az xəbər verir ki, 32 yaşlı fransalı futbolçu 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu daha əvvəl Kərim Benzema ilə anlaşmışdı.

Kantenin əməkhaqqısı ildə 25 milyon avro olacaq.

O, 4 il ərzində 100 milyon avrodan başqa, kommersiya fəaliyyətlərindən və reklam hüquqlarından da qazanacaq.

Fransa yığmasının üzvü 7 il “Çelsi”də çıxış edib. Bu müddət ərzində o, 6 titul qazanıb.

Dayaq yarımmüdafiəçisi ötən mövsüm zədə səbəbindən İngiltərə Premyer Liqasında cəmi 7 oyun keçirib.

ANAR 

 

Bənzər xəbərlər