featured-image-30117

Lukas Moura “Tottenhem”in heyətində son mövsümünü keçirir. Msport.az xəbər verir ki, braziliyalı futbolçu yayda müqaviləsi başa çatdıqdan sonra London təmsilçisini tərk edəcək.

Bu barədə “Tottenhem” rəsmi məlumat yayıb.

Mouranın İngiltərə, İtaliya və Fransadan bəzi təkliflərinin olduğu deyilir.

Yarımmüdafiəçi 2018-ci ildə PSJ-dən London klubuna keçmişdi. O, İngiltərə çempionatında ümumilikdə 19 qol vurub.

Bu mövsüm futbolçu Premyer Liqada 13 oyunda meydanda olub.

ANAR  

Bənzər xəbərlər