featured-image-31880

“Real” rəsmi saytında Xoselunun transferini açıqlayıb. Msport.az xəbər verir ki, ötən mövsüm “Espanyol”da çıxış edən futbolçu Madrid klubuna icarə əsasında keçib.

“Real gələn nöbvəti mövsümün sonunda 33 yaşlı hücumçunun transfer hüquqlarına yiyələnə bilər.

Xoselu vaxtilə “kral klubu”nun gənclər komandalarında oynayıb.

Sabah hücumçunun “Santyaqo Bernabeu” stadionunda təqdimat mərasimi olacaq.

Ötən mövsüm “Espanyol”un heyətində bütün turnirlərdə 38 oyun keçirən  forvard 17 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulub.

media-1687167927248446606

ANAR 

 

Bənzər xəbərlər