featured-image-31039

“Real” rəsmi saytında Marko Asensionun gedişini açıqlayıb. Msport.az xəbər verir ki, bununla bağlı Madrid klubu açıqlama yayıb:

“Yeddi mövsüm komandamızın şərəfini qoruyan Marko Asensioya təşəkkür edirik. Onun cəmi 20 yaşı olanda “Real”a gəlsə də, klubun tarixinə düşə bildi. Biz madridlilər heç vaxt onun çıxışını unutmayacağıq. “Real” həmişə onun evi olub və olacaq. Klub ona və ailəsinə yeni mərhələdə uğurlar arzu edir”.

27 yaşlı Asensio 2016-cı ildən “Real”ın formasını geyinib. O, Madrid klubunda 17 titul qazanıb.

ANAR 

Bənzər xəbərlər