RƏSMİ: Serxio Ramos PSJ-dən ayrılır
Serxio Ramos PSJ-dən ayrılır. Msport.az xəbər verir ki, 37 yaşlı futbolçuya yeni müqavilə təklif olunmayıb. İspaniyalı müdafiəçi iyunun sonunda azad agentə çeviriləcək.
Xatırladaq ki, Ramos Paris klubuna 2021-ci ildə “Real”dan keçmişdi. O, cari mövsümdə Liqa-1-də 32 oyunda meydana çıxıb və 1 qol vurub.
ANAR







