featured-image-25789

“Sevilya” baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb. Msport.az xəbər verir ki. bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Argentinalı mütəxəssis 2022-ci ilin oktyabrından İspaniya klubunu çalışdırırdı.

Andalusiyalıların yeni baş məşqçisi Xose Luis Mendilibar olub. Onunla iyuna kimi müqavilə imzalanıb. 62 yaşlı mütəxəssis son dəfə “Alaves”i çalışdırıb. O, ötən il “Alaves”dən ayrılıb.

Qeyd edək ki, “Sevilya” 26 oyundan sonra 28 xalla La Liqada 14-cü yeri tutur.

Bənzər xəbərlər