“Reyncers”in bombardiri “Parma”ya keçdi
“Parma” heyətini yeni futbolçuyla gücləndirib.
Msport.az xəbər verir ki, B Seriyası təmsilçisi “Reyncers”dən Antonio-Mirko Çolakı heyətinə qatıb.
29 yaşlı forvardla 2026-cı ilə qədər qüvvədə olan sözləşmə imzalanıb.
Qeyd edək ki, Çolak ötən mövsümdə 39 matçda 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
Royal Türksoy







