featured-image-24734

“Tottenhem”in hücumçusu Rişarlison Çempionlar Liqasının 1\8 final mərhələsinin “Milan”la cavab oyununda (0:0) start heyətində olmamasından narazılıq edib. Msport.az xəbər verir ki, braziliyalı futbolçu 70-ci dəqiqədə meydana daxil olub:

“Başa düşmürəm, niyə ehtiyatda otururam? Məndə hər şey yaxşı gedirdi, əla dönəm idi, “Vest Hem” və “Çelsi”ni məğlub etdik. Birdən-birə məni ehtiyatda saxlayıb “Vulverhempton”la matçda 5 dəqiqə şans verdilər. Soruşdum ki, “niyə belə”. Amma cavab ala bilmədim.

Oyundan bir gün əvvəl məşqçi zalda test verməyimi istədi ki, başa düşsün, oynamağa hazıram, ya yox. Matçın başlamasına az qalmış bildim ki, ehtiyatdayam. Belə şeyləri başa düşmək mümkün deyil. Görək o, sabah nə deyəcək, lakin burda dəli yoxdur. Mən peşəkaram, hər gün çalışıram və oynamaq istəyirəm.

Sözümə görə, məni bağışlayın, amma bu mövsüm poxdur. Çünki mən oynamıram. Əvvəl zədə mane olurdu. Lakin indi meydana çıxaraq canımı qoymağa hazıram. İki oyunu yaxşı keçirdim. Hesab edirəm ki, start heyətində olmağa haqqım çatır”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər