“River Pleyt”dən “Mançester Siti”yə
“Mançester Siti” heyətinə yeni yarımmüdafiəçi qatacaq.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Şəhərlilər” “River Pleyt”in argentinalı hücumameyilli yarımmüdafiəçisi Klaudio Jeremias Eçeverri transfer edəcəklər. 17 yaşlı futbolçunun transfer prosesi sürətlə davam edir.
Bildirilir ki, tərəflər arasında anlaşma tezliklə rəsmiləşəcək. “Mançester Siti” Argentina nəhənginə 22,7 milyon avro ödəyəcək.
Lakin hazırda “Mançester Siti”nin qarşısında 1 problem var. Eçeverrin yaş həddi çatmadığına görə o, Avropada oynamaq üçün 6 ay gözləməli olacaq. Buna baxmayaraq, klub futbolçudan əl çəkməyəcək. “Mançester Siti” Klaudionu transfer edib, daha sonra 6 aylıq “River Pleyt”ə icarəyə göndərməyi də düşünür.







