featured-image-39628

Polşa millisinin futbolçusu Robert Levandovski İspaniyanın “Barselona” klubundan ayrıla bilər.

Msport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçuya ABŞ, Səudiyyə Ərəbistanı və Almaniyadan təkliflər var.

Dortmund “Borussiya”sı sabiq oyunçusu ilə maraqlanır. Forvardın özü də kluba qayıtmaq ehtimalını istisna etmir.

Qeyd edək ki, Robert Levandovski 2010 – 2014-cü illərdə “Borussiya”da çıxış edib.

Bənzər xəbərlər