featured-image-67208

Braziliya millisinin sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı futbolçu Səudiyyə Ərəbistanın “Əl Əhli” klubundan “Əl Sədd”ə transfer olunub.

Xatırladaq ki, forvard 2023-cü ildən “Liverpul”dan “Əl Əhli”yə keçmişdi.

Firmino 2015-2023-cü illərdə “Liverpul”un şərəfini qoruyub. O, bu komandada 256 oyunda 82 qol vurub.

Hücumçu Braziliya millisində 55 matçda 17 dəfə fərqlənib.

Bənzər xəbərlər