Roberto Karlosu qabaqladı - Modriç
Klublararası dünya çempionatında “Real” “Yuventus”u 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Msport.az xəbər verir ki, madridlilərin heyətində 78-ci dəqiqədə meydana çıxan Luka Modriç üçün bu, karyerasında 1112-ci oyun olub.
O, bu göstəricidə braziliyalı Roberto Karlosu (1111 oyun) geridə qoyaraq, bütün dövrlərdə ən çox oyun keçirən 10-cu futbolçu olub. Modriç Dortmund “Borussiya”sı ilə görüşdə meydana çıxsa, 9-cu yerdəki Marselinyo Paraibaya çatacaq.
Peşəkar karyerasında ən çox oyun keçirən 10 futbolçu:
1364 – Peter Şilton (İngiltərə)
1361 – Fabio Lopes (Braziliya)
1281 – Kriştiano Ronaldo (Portuqaliya)
1233 – Rojerio Seni (Braziliya)
1177 – Tommi Hatçison (Şotlandiya)
1151 – Canluici Buffon (İtaliya)
1137 – Pol Bestok (İngiltərə)
1132 – Yasuhito Endo (Yaponiya)
1113 – Marselinyo Paraiba (Braziliya)
1112 – Luka Modriç (Xorvatiya)