Roberto Mançiniyə sabiq klubundan təklif
“Sampdoriya” İtaliya millisinin, “İnter”, “Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançiniyə baş məşqçi vəzifəsini təklif edib.
Msport.az xəbər verir ki, mütəxəssis hazırda bu variantı nəzərdən keçirir.
Klubun prezidenti Matteo Manfredi Mançinidən bu gün ərzində yekun cavab gözləyir. Əgər müsbət qərar verilsə, Mançini dərhal ölkəsinə dönəcək və sabiq komandasında işə başlayacaq.
Qeyd edək ki, Roberto Mançini 1982-1997-ci illərdə “Samdporiya”da oynayıb. Klub hazırda B Seriyasına düşmə zonasındadı və son 7 oyunda qələbə qazanmayıb.
Qeyd edək ki, “Samdporiya” bir müddət əvvəl baş məşqçisi Leonardo Semplicini istefaya göndərib.