featured-image-48210

Niderland millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin “Herenven” komandasının baş məşqçisi təyin edilib.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı veteran futbolçu bu postda Kes van Vondereni əvəzləyib.

Qeyd edək ki, Robin van Persi “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbağça” klublarının şərəfini qoruyub. Məşqçi kimi “Feyenoord”un gənclərdən ibarət komandasını çalışdırıb.

Bənzər xəbərlər