Rodridən dünya rekordu
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rodri dünya rekordunu qırıb.
Msport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi məğlubiyyətsiz oyunlar seriyasını 74-ə çatdıraraq buna nail olub.
O, italiyalı Paolo Maldini və Demetrio Albertini 1993-cü ildəki 73 məğlubiyyətsiz matç rekordunu yeniləyib.
Ancaq Rodri İngiltərə çempionatında ən uzun məğlubiyyətsizlik seriyası rekordunu hələ qırmayıb. Bu baxımdan rekord 2002 və 2004-cü illər aralığında “Arsenal”ın heyətində 56 liqa qarşılaşmasında uduzmayan Sol Kempbellə məxsusdu.
Rodri 2023-24 mövsümünü 50-ci məğlubiyyətsizliklə başa vuraraq, liqa tarixində bu göstərciyə çatan ikinci oyunçu olub. Kempbellin rekordunu isə növbəti mövsüm qıra bilər.
1. Sol Kempbell (“Arsenal”) – 56
2. Rodri (“Mançester Siti”) – 50
3. Kolo Ture (“Arsenal”) – 48
4. Tyerri Anri (“Arsenal”) – 48
5. Yens Lemann (“Arsenal”) – 47
6. Rikardo Karvalyo (“Çelsi”) – 47
7. Loren (“Arsenal”) – 46
8. Joel Matip (“Liverpul”) – 46
9. Rober Pires (“Arsenal”) – 45
10. Gilberto Silva (“Arsenal”) – 45
11. Freddi Yunberq (“Arsenal”) – 44
12. Patrik Vieyra (“Arsenal”) – 44
13. Endi Robertson (“Liverpul”) – 44
14. Vircil van Deyk (“Liverpul”) – 44