Rodriqo “Real”da qalır
“Real”ın futbolçusu Rodriqonun “Əl Nəsr”ə keçəcəyinə dair iddialar yayılıb.
Msport.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu məlumatlara münasibət bildirib.
O, həmin xəbərləri təkzib edib və Rodriqonun “Real”da qalacağını vurğulayıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı təmsilçisi 24 yaşlı hücumçu ilə danışıqlar aparmayıb.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən Madrid klubunun formasını geyinir.