featured-image-28006

“Real Madrid” La Liqanın 29-cu turu çərçivəsində “Kadis”dən güclü olub – 2:0.

Msport.az xəbər verir ki, bu oyun “kral klubu”nun hücumçusu Rodriqo üçün əlamətdar olub. Bu oyun braziliyalı üçün La Liqada 100-cü olub.

22 yaşlı futbolçu “Real” tarixində İspaniya çempionatında bu saya çatan 8-ci braziliyalı olub.

Rodriqoya qədər bu göstəriciyə Robinyo (101), Saviyo (105), Ronaldo (127), Vinisius (144), Kazemiro (222), Roberto Karlos (370) və Marselo da (386) çatmışdı.

Royal Türksoy

Bənzər xəbərlər