featured-image-30129

“Roma” UEFA kuboku\Avropa Liqasında son 32 ildə ilk dəfə finalda mübarizə aparacaq.

Msport.az xəbər verir ki, Joze Mourinyonun komandası “Bayer”lə yarımfinalın cavab oyununda qolsuz bərabərə qalıb. İlk görüşdə İtaliya komandası 1:0 hesabı ilə qalib gəlmişdi.

Paytaxt klubu sonuncu dəfə bu turnirdə 1990-91-ci illər mövsümündə final oynayıb. Həmin vaxt “Roma” “İnter”ə uduzmuşdu – 0:2,1:0.

Ötən mövsüm “canavarlar” Konfrans Liqasının qalibi olublar.

Qeyd edək ki, Avropa Liqasının həlledici oyunu mayın 31-də Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər