featured-image-69944

“Roma” UEFA Avropa Liqasında yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, “canavarlar” bunu Fransada “Nitsa” komandasını I turun matçında məğlub etməklə gerçəkləşdirib.

Paytaxt təmsilçisi turnirdə ən çox qalibiyyət əldə edən kollektiv olub. 97-ci qələbəsini qazanan “Roma” bu göstəricidə “Tottenhem”i geridə qoyub.

Qeyd edək ki, İtaliya komandası sözügedən qarşılaşmada rəqibini 2:1 hesabı ilə üstələyib.

Bənzər xəbərlər