“Roma” baş məşqçisi ilə bağlı qərar verdi
İtaliyanın “Roma” klubu baş məşqçisi Daniele De Rossinin müqaviləsinin müddətini uzatmaq istəyirlər.
Mspor.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
Bildirilib ki, “canavarlar”ın sahibləri mütəxəssisdən razıdırlar. Onlar baş məşqçiyə ikiillik sözləşmə təklif edəcəklər. Lakin hələlik danışıqlar başlamayıb.
De Rossinin hazırkı müqaviləsi yayda başa çatacaq. O, 2022 – 2019-cu illərdə bu komandanın formasını geyinib.