featured-image-32023

“Roma” “Ayntraxt”dan ayrılan Obite N’Dikanı heyətinə qatıb.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi 23 yaşlı futbolçu ilə 2028-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. Fransalı müdafiəçi yeni komandasında 5 nömrəli formayla çıxış edəcək.

N’Dika 2018-ci ildən “Ayntraxt Frankfurt”da çıxış edirdi. O, son mövsüm ərzində 43 oyunda iştirak edib, 2 qol və 1 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər