“Roma”da yeni müqavilə
“Roma” yarımmüdafiəçisi Brayan Kristante ilə müqaviləsini yeniləyib.
Msport.az xəbər verir ki, 28 yaşlı futbolçunun klubla yeni müqaviləsi 2027-ci ilə qədərdir. İtalyalı 2018-ci ildən romalıların heyətində çıxış edir və bu müddət ərzində komandanın heyətində 228 oyun keçirib və 11 qol vurub.







