"Roma"dan Premyer Liqa klubuna - RƏSMİ
“Roma” futbolçusu Castin Klyüvertin “Bornmut”a satıldığını açıqlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, transfer İngiltərə təmsilçisinə 11 milyon avroya başa gəlib.
Bir neçə həftə davam edən danışıqlar bu gün uğurla başa çatıb.
Qeyd edək ki, niderlandlı hücumçu son illərdə “Leyptsiq”, “Nitsa”, “Valensiya” kimi komandalarda icarədə olub.
Üç klubdan heç biri Klüvertin transfer hüquqlarına yiyələnmək istəməyib.
24 yaşlı forvard “Bornmut”da mövsümə 4,5 milyon avro+mükafatlar alacaq.
Niderland millisinin sabiq üzvü Patrik Klüvertin oğlu olan Castin 2018-ci ildə “Ayaks”dan 17,25 milyon avroya alınmışdı. O, “Roma”da ümumilikdə cəmi 68 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə verib.
ANAR







