“Roma” Juninyonun komanda yoldaşını transfer etdi
“Roma” heyətini yeni oyunçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Flamenqo”nun müdafiəçisi Uesli ilə 2030-cu ilin iyununa qədər müqavilə mzalanıb.
Qeyd edək ki, 21 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm Braziliya çempionatında 11 oyun keçirib, 1 qol vurub, 2 assist edib. O, bir müddət əvvəl “Qarabağ”dan transfer edilən Juninyo Olavionun komanda yoldaşı olub.