featured-image-27754

“Roma” “Lion”un yarımmüdafiəçisi Ussem Auarın transferi ilə bağlı danışıqları davam etdirir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, İtaliya klubu 24 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir. Fransa millisində 1 oyun keçirmiş Auarın müqaviləsi iyunda başa çatır.

“Roma” hazırda oyunçu ilə müqavilənin şərtlərini müzakirə edir.

Bir neçə həftə əvvəl “Ayntraxt” da Auarın transferi ilə bağlı təkliflərini irəli sürsə də, məsələdə irəliləyiş olmamışdı.

Qeyd edək ki, Auar bu mövsüm Fransa Liqa-1-də 12 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

ANAR 

Bənzər xəbərlər