“Roma” Mourinyonu göndərdi – RƏSMİ
“Roma” baş məşqçisi Joze Mourinyo ilə vidalaşıb.
Msport.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Canavarlar” portuqaliyalı mütəxəssisə təşəkkür edib.
Qeyd edək ki, Mourinyo 2021-ci ildən İtaliya klubunda işləyib. O, komanda ilə UEFA Konfrans Liqasının qalibi olub.