featured-image-31515

“Roma” Evan Ndika ilə anlaşıb. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

23 yaşlı müdafiəçi İtaliya klubuna azad agent kimi keçib. Onun müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Ndika və menecerləri artıq Romaya gediblər və futbolçu yaxın saatlarda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, fransalı oyunçu 2018-2023-cü illərdə “Ayntraxt”da forma geyinib. O, buna qədər vətənində “Oser”in şərəfini qoruyub.

ANAR 

Bənzər xəbərlər